+994(12) 464-86-38
Bakı şəh. Binəqədi r-nu, Binəqədi qəs, Xırdalan-Binəqədi şossesi 4-cü km,3
info@vsenergy.az
Haqqimizda background

Haqqımızda

"VS Energy Servis" MMC

“VS Energy Servis” MMC 28 mart 2011-ci il tarixdə Səyavuş Yusifov və Vəfadar Hacıyev tərəfindən təsis edilmişdir. Şirkət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin energetika obyektlərinin, avadanlıqlarının və qurğuların quraşdırılması, sazlanması və təmiri üzrə lisenziyasınına malikdir. Fəaliyyəti dövründə şirkət həm dövlət, həm də özəl sektorun yaşayış və sənaye obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində böyük təcrübə əldə etmişdir. Eyni zamanda “VS Energy Servis” MMC təkcə daxili bazarla kifayətlənmir və xarici bazarlara çıxmaq istiqamətində fəaliyyət göstərməkdədir. Artıq Türkiyədəki tərəfdaşlarla anlaşma əldə edilmiş və “EPS Grup Elektrik Pano İmalat San. Tic. LTD” birgə müəssisəsi yaradılmış, bir sıra layihələr həyata keçirilmişdir.
“VS Energy Servis” şirkətinin göstərdiyi xidmətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
• Elektrik stansiyaların və yarımstansiyaların tikintisi, əsas avadanlıqların
(elektrik şkaflarının) istehsalı, təmiri və quraşdırılması;
• Transformator yarımstansiyalarının tikilməsi və başqa paylaşdırıcı məntəqələrini
hazırlanması və quraşdırılması;
• Güc transformatorlarının istehsalı, təmiri və quraşdırılması;
• Stansiya və yarımstansiyalarda avadanlıqların təmiri, yoxlanılması və
sınaq işlərinin aparılması;
• Elektrik qurğularının ifrat gərginlikdən mühafizə edilməsi, avadanlıqların quraşdırılması;
• 6-10 35-110 kv gərginlik üçün paylaşdırıcı qurğuların təmiri və quraşdırılması;
• Kompleks transformator yarımstansiyalarının, paylaşdırıcı qurğuların istehsalı,
təmiri və quraşdırılması;
• Kabel xəttlərinin çəkilməsi, təmiri və quraşdırılması;
• Yerlə birləşdirmə və torpaqlama qurğularının hazırlanması və quraşdırılması;
• Hava verilişi xəttlərinin çəkilməsi və dayaqlarının hazırlanması, quraşdırılması və təmiri;
• Ümumi sınaq-laboratoriya işlərinin aparılması;

VS Energy MMC License
Səyavuş Yusifov
Təsisçi

Səyavuş Yusifov

Səyavuş Gülşad oğlu Yusifov 1979-cu ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub.

1993-1996-cı ildə Bakı Dövlət Unversitetinin nəzdində yerləşən fizika, riyaziyyat və informatika təmayüllü  liseyini bitirmişdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) bakalavr dərəcəsini, 2000 - 2002 - ci ildə isə magistratura pilləsini bitirmişdir.

2001-2002-ci ildə Barmek şirkətində mühəndis işləyib.  2002 - 2004 -cü illərdə Azərbaycan Hərbi Hava Qüvvələrində zabit kimi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 2004 - 2007-ci illərdə “Barmek Azərbaycan” MMC-də  sahə rəisi, 2007 - 2012-ci illərdə Bakıelektrikşəbəkədə müxtəlif vəzifələrdə çalışmışdır. 2011 - ci ildə  isə “VS Energy Servis” MMC-ni təsis etmişdir.

Vəfadar Hacıyev
Təsisçi

Vəfadar Hacıyev

Vəfadar Ehsan oğlu Hacıyev 1968-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə ADU-nin tarix fakültəsini bitirib. 1985-1997-ci illərdə müxtəlif dövlət vəzifələrində çalışmışdır. 1997-2012-ci illərdə müxtəlif özəl şirkətlərdə fəaliyyət göstərmiş, 2011-ci ildən isə “VS Energy Servis” MMC-ni təsis etmişdir. Vəfadar Hacıyev